uniform bg shape

HAQQIMIZDA

uniform bg shape

HAQQIMIZDA

“Modern Futbol Akademiyası” 5-15 yaşlı uşaqlar üçün gündəlik məşqlərə start verib. UEFA və FİFA sertifikatlı məşqçilər gələcəyin ulduzlarını yetişdirir.

Məşqlər Bakının Binəqədi rayonunda Azadlıq metrosu yaxınlığında yerləşən müasir süni ot örtüklü meydançada aparılır. Xüsusi istedadlı uşaqlar üçün məşqlər ödənişsizdir.

Azərbaycanın futbol komandalarının mütəxəssislərinin izlədiyi məşqlər zamanı diqqət cəlb edən klubun istedadlı oyunçuları aparıcı klublara dəvət olunur.

Akademiyanın əsas məqsədi Azərbaycanda idmanı təbliğ etmək, sağlam və güclü gənclər yetişdirməkdir. Akademiyanın bu təşəbbüsünə dəstək vermək istəyən sponsorlara da xüsusi imkanlar təklif olunur.

“Modern FC” komandasının AFFA -nın təşkil etdiyi U8, U9, U11, U12 yaş qrupları üzrə milli çempionatda iştirak üçün rəsmi müraciəti artıq təsdiqlənib.

Milli çempionata qoşulacaq Akademiya yeni istedadlı futbolçuları müəyyən edib, Avropanın məşhur klublarının yaşıl meydanlarında oynamağa göndərməyi qarşısına məqsəd qoyub.

“Avropaya aparan yol” şüarı ilə uzun yola çıxan akademiyanın  hədəfi gələcəkdə bütün zəruri infrastrukturu olan peşəkar futbol klubu yaratmaqdır.

Modern Futbol Akademiyası – Azərbaycan futboluna yeni ulduzları gətirəcək məkan.